Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" ötən mövsümün ən intizamsız komandasıdır
    27.06.2026 11:40:18

    Azərbaycan Premyer Liqasında gərgin keçən 33 turu və Azərbaycan Kubokunu geridə qoyduq. Hər turdan sonra ənənəvi olaraq keçirilən İntizam Komitəsinin iclaslarında klublar intizamsızlığa görə cərimələnir.

    Prosport.Az xəbər verir ki, offsideplus.az saytı ötən mövsümün ən intizamsız klubların siyahısını hazırlayıb.

    Siyahının lideri “Neftçi”dir. “Ağ-qaralar” 167 000 manat ziyana düşüb. “Neftçi”nin cəriməsinin təxminən 70 faizi - nə az, nə çox 115 500 manatı azarkeşlərinə görə olub.

    Rəşad Sadıqovun intizamı komandasına da yansıyıb. “Zirə” ötən mövsüm cəmi 12 100 manat manat cərimələnib. Bunların bəziləri diqqətsizlikdən, özlərindən aslı olmayan səbəblərdən olub. “Neftçi” ilə son oyuna qədər “Zirə” cəmi 6400 manat cərimələnmişdi. Klub həmin qarşılaşmaya və oyun ətrafında olanlara görə də 5700 manat cərimələnib.

    “Şamaxı”da bu rəqəm 11 800 manatdır. Əslində AFFA-nın verdiyi pulla “ayaqda qalan” klub üçün 10 000 də böyük rəqəmdir, 3-5 yerli futbolçunun maaşının cəmidir. Amma yenə də yaxşı qutarıblar.

    Cərimə məbləğinə görə klubların sıralanması belədir:

    1. "Neftçi" - 167000 manat

    2. "Qarabağ" - 152600 manat

    3. "Sabah" - 76900 manat

    4. "Kəpəz" - 61800 manat

    5. "Sumqayıt" - 55800 manat

    6. "Turan Tovuz" - 41500 manat

    7. "Qəbələ" - 29100 manat

    8. "Karvan-Yevlax" - 23800 manat

    9. "Araz-Naxçıvan" - 20400 manat

    10. "İmişli" - 14800 manat

    11. "Zirə" - 12100 manat

    12. "Şamaxı" - 11800 manat

    Bu mövzu ətrafında futbolçuların və klubların hüquqi prosedurlarında birbaşa iştirak edən Elcan Həsənlinin də fikirlərini öyrəndik. Cəriməyə səbəb olan futbolçu, funksioner, yaxud azarkeşlərə hansısa xəbərdarlıq və ya cəza tədbiq olunub, olunmadığını soruşduq:

    “Azarkeşlərə görə yanlız klub cərimələnir. Bəzi ölkələrdə tamaşaçılara da məhdudiyyət qoyulur - qarşılaşma azarkeşsiz keçirilir. Bu praktika hələ ki, AFFA tərəfindən tədbiq olunmur. Klubların cərimələrlə bağlı addım atıb-atmadığını demək çətindir. Məsuliyyət daşıyırlarmı? Bu məqam klubların stratrgiyasından aslıdır. Özlərinin daxili intizam qaydasıdır. Amma edilən cərimələrin məbləği də ağlabatan olmalıdır. Onların əmək haqqılarına yönəldilə bilməz”.

    - Klublar cərimələri mövsümün sonunda ödəyir, yoxsa turdan-tura?

    - Cərimələrin ödənilməsi ilə bağlı “deadline” yoxdur.

    Bu məsələ haqda vaxtilə İntizam Komitəsində fəaliyyət göstərmiş Ramil Cahangirovun da fikirlərini öyrəndik.

    - Bu komitədə işləmiş biri kimi, sizcə, verilən cərimələr şişirdilmiş rəqəmlər deyil?

    - Cərimələr İntizam Məcəlləsinə uyğun müəyyən edilir. İntizam Komitəsinin işi faktı müəyyən edib müvafiq maddəni və ora qeyd olunan cəzanı tətbiq etməkdir. Azarkeşi olan klub hər zaman daha çox cərimə riskinə malikdir. Klublar bu vəziyyəti dəyişmək istəyirlərsə, İntizam Məcəlləsinə yenidən baxılması ilə bağlı təşəbbüslə çıxış etməli, daha çevik cərimə mexanizmi ilə bağlı təkliflər verməlidirlər. Bu mürəkkəb işdir. Digər tərəfdən cərimələri azaltmaq, həddindən artıq yumşaltmaq, istisnalar tətbiq etmək də kifayət qədər riskli məsələlərdi və əks-effekt verə bilər.

    - Necə əks-effekt?

    - Sui-istifadə halları, stadionda müxtəlif iğtişaşların sayının artması və.s.

    - Düzdür, azarkeşlər futbolun bəzəyidir. Amma elə klublar var ki, onlara görə böyük cərimələr ödəmək istəmir. Onların stadiona gəlməyinə məhdudiyyət qoymaq variantı düşünülə bilər? Yaxud azarkeşlərlə seminarlar keçirilsin, durum izah olunsun?

    - Azarkeşi məhdudlaşdırmağın tərəfdarı deyiləm. Əlbəttə, azarkeşlər arasında müəyyən mövzularda maarifləndirmə vacibdir, məsələn, irqçilik, kütləvi iğtişaş kimi məsələlər ola bilər. Amma azarkeşlərə çoxlu qadağalar tətbiq etmək də çox uğurlu bir yanaşma olmaz.

    Maraq üçün qeyd edək ki, AFFA İntizam Komitəsi cari mövsümdə elita klublarını əsas komandaya görə ümumilikdə nə az, nə çox, 667 600 manat cərimələyib.

    Futbol

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09
    Futbol

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved