AFFA İcraiyyə Komitəsi növbəti iclası keçirmək üçün toplanır. Qurum üzvləri yeni həftənin lk iş günündə bir araya gələcək.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, komitənin gündəliyi hələ açıqlanmayıb. Bununla belə, bir çox məsələyə iyunun 29-dakı tədbirdə aydınlıq gəlməsi gözlənilir. AFFA-nın yeni texniki direktorunun təqdimatı, aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçilərinin taleyi, ölkə çempionatlarında yeni mövsümlə bağlı bir çox məsələ müzakirə mövzusu olmalıdır.
İcraiyyə Komitəsinin iclasının yeri və dəqiq vaxtı hələ rəsmən açıqlanmayıb.

