Futbol üzrə dünya çempionatında Seneqal millisi İraqa böyük hesabla qalib gəlib.
Prosport.Az xəbər verir ki, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi 5:0 hesablı qələbəyə sevinib.
Qolları Abib Diarra (4), İsmaila Sarr (56), Pap Qeye (56, 71) və Lliman Endiay (82) vurub.
Qeyd edək ki, qrupu 0 xalla sonuncu başa vuran İraq turnirlə vidalaşıb. Seneqal isə 3 xalla qrup 3-cüsü olsa da, pley-offda çıxış edib-etməyəcəyi bəlli deyil.

