UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” və “Qarabağ” arasında keçiriləcək cavab oyununun hakimləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, İslandiyada baş tutacaq matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Marek Radina olacaq. Ona Kamil Hojek və Petr Katalik kömək edəcəklər. 4-cü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək. VAR hakimi Tomaş Koçurek, onun köməkçisi Ondrey Berka olacaq.
Qeyd edək ki, iyulun 16-da Reykyavikdəki “Trottarvollur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

