Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum oldu.
Prosport.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis yeni mövsümdən Türkiyə I Liqasında çıxış edəcək “Antalyaspor”un sükanı arxasına keçib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Bülent Korkmaz 2018-2019-cu illər mövsümündə və 2021-ci ildə də "Antalyaspor"u çalışdırıb. Onun son iş yeri I Liqa təmsilçisi "Erokspor" olub.
Qeyd edək ki, Bülənt Korkmaz 2009-2010-cu illər mövsümündə Azərbaycanda "Bakı" klubuna başçılıq edib.

