"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə (Uels) keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Prosport.Az xəbər verir ki, görüşü polşadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Patrik Qriskiyeviç olacaq. Ona yan xətdə Marçin Bonyek və Bartoş Kasunski kömək edəcək. 4-cü hakim funksiyasını isə Voytsex Mus yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 7-də Masazırda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

