ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı azarkeş sayına görə yeni rekorda imza atıb.
Prosport.Az FIFA-ya istinadən xəbər verir ki, qrup mərhələsinin başa çatmasına bir tur qalmış oyunları ümumilikdə 3 milyon 605 min 357 tamaşaçı izləyib.
Bununla da 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınan 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.
Qeyd edək ki, hazırkı mundialda pley-off mərhələsinin oyunları hələ keçirilməyib. Turnir ümumilikdə 104 matçdan ibarət olduğundan azarkeş sayının daha da artacağı gözlənilir. Hazırda qarşılaşmalarda stadionların orta doluluq səviyyəsi 99 faizdən çoxdur.

