"Turan Tovuz" heyətində yer alan İbrahima Vadji ilə yeni müqavilə imzalayıb.
Prosport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı seneqallı hücumçunun yeni sözləşməsi 1+1 illik nəzərdə tutulub.
Qeyd edək ki, İbrahima Vadji ötən ilin iyul ayından "Turan Tovuz"un formasını geyinir. O, Tovuz təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Vadji 2021-2022-ci illərdə "Qarabağ"ın da şərəfini qoruyub.

