“Səbail” növbəti futbolçu keçidini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, I Liqa klubu son olaraq “Baku Sportinq”də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rubin Seyidov əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.

