"Şamaxı” klubu heyətini Portuqaliyadan olan futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Paredes" komandasının mərkəz müdafiəçisi Ruy Paşekunu transfer edib.
24 yaşlı stopperlə daimi əsaslarla müqavilə imzalanıb. Transferin şərtlərinə görə, "Paredes" oyunçunun iqtisadi hüquqlarının 35 faizini özündə saxlayacaq.
Ruy Paşeku son 2 mövsümdə komandanın əsas fiqurlarından biri olub və klubun Liqa 3-ə yüksəlməsində mühüm rol oynayıb.

