Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi” haqqında sərəncam imzalayıb.
Prosport.Az xəbər verir ki, “Zirə"nin üzvü şəhid İlqar Burcəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İlqar Bürcəliyev bundan əvvəl “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilmişdi.
Qeyd edək ki, “Zirə”nin U-17 komandasının üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub.

