"Real”ın baş məşqçisi Juze Mourinyu klubun futbolçularının DÇ-2026-dakı çıxışı ilə bağlı diqqətçəkən açıqlama verib.
Prosport.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularının turniri tez başa vurmasının tərəfdarı olduğunu bildirib:
“İstəyirəm ki, “Real”ın oyunçuları dünya çempionatında məğlub olsun və onlar mümkün qədər tez tətilə gedə bilsinlər”.
Qeyd edək ki, iyunun 11-də "Real" Juze Mourinyunun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.
Xatırladaq ki, 63 yaşlı mütəxəssis 2010-2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu, ölkə Kuboku və Superkubokunu qazanıb.
