Adı “Neftçi” ilə hallanan vinger Makana Baku karyerasını Türkiyədə davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 28 yaşlı Konqo əsilli almaniyalı futbolçu “Kocaelispor”la anlaşıb.
Superliqa təmsilçisi yaxın zamanda Baku ilə müqavilə imzalayacaq.
Sol cinah vingeri ötən mövsüm “Atromitos”da çıxış edib. O, Yunanıstan klubunda 40 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.
Daha əvvəl Makana Bakunun “Neftçi”nin hədəfində olduğu bildirilib.
