ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 13 komanda bəlli olub.
Prosport.Az xəbər verir ki, Meksika, ABŞ, Kanada, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş və CAR yığmaları qruplarında 1-ci və 2-ci yeri tutaraq 1/16 finala yüksəliblər.
Bundan əlavə, Bosniya və Herseqovina seçməsi ən yaxşı üçüncü yerin sahibi kimi növbəti raundda iştirak edəcək.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

