Yunanıstanın "Atromitos” klubunun daha bir futbolçusu “Neftçi”nin maraq dairəsinə düşüb.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, Makana Bakunun keçidini reallaşdıra bilməyən “ağ-qaralar” hədəfini dəyişib.
“Neftçi” rəhbərliyi indi də adıçəkilən komandanın pleymeykeri Denzel Jubitanaya elçi düşüb. Bir neçə gündən sonra “Atromitos”la müqaviləsi başa çatacaq Jubitana sərbəst futbolçu statusu daşıyacaq.
Surinam millisinin 27 yaşlı oyunçusu uğrunda mübarizədə “Neftçi” tək deyil. Jubitananın başqa variantlarının olduğu da vurğulanıb.
Denzel Jubitana 2023-cü ildən “Atromitos”un formasını geyinir.

