Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina Qətər millisinə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar 3:1 hesablı qələbəyə sevinib.
Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Maxmiç (80) fərqlənib. Qətərin tək qolu isə Həsən Əl-Heydosun (42) aktivinə yazılıb.
Qeyd edək ki, bu qələbə sayəsində Bosniya və Herseqovina B qrupunu 4 xalla 3-cü sırada başa vurub. 1 xala malik Qətər isə mundialla vidalaşıb.

