Futbol üzrə dünya çempionatında İsveçrə millisi meydan sahibi Kanadanı məğlub edib.
Prosport.Az xəbər verir ki, "BC Palace" stadionunda keçirilən B qrupunun III turunun matçında Avropa təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
İsveçrənin qollarını Ruben Varqas (46) və Yohan Manzambi (57) vurub. Kanadanın heyətində isə Promis Akinpelu (76) təsəlli qoluna imza atıb.
Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla 2-ci olub.

