Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama matçına çıxıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Universitatya" klubu ilə qraşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, növbəti yoxlama matçları çərçivəsində “Sabah” iyunun 28-də Macarıstanın “Ferensvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.

