İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2026-nın qrup mərhələsində qeyri-adi statistik göstərici ilə yadda qalıb.
Prosport.Az xəbər verir ki, Qana ilə qolsuz heç-heçə başa çatan qarşılaşmada iştirak edən forvard matç ərzində cəmi 19 dəfə topa toxunub.
“Opta”nın məlumatına görə, bu, Keynin İngiltərə millisinin heyətində böyük turnirlərdə 90 və ya daha çox dəqiqə meydanda olduğu oyunlar arasında ən aşağı göstəricidir.
Buna baxmayaraq, İngiltərə millisi iki turdan sonra 4 xalla L qrupunun lideridir.
Qeyd edək ki, Harri Keyn DÇ-2026-da keçirdiyi ilk iki oyunda 2 qola imza atıb.

