Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 finalında şahmatçımız Nicat Abbasov Hindistan təmsilçisi Vidit Qucratiyə qalib gəlməklə reytinq əmsalını artırıb.
Prosport.Az-ın xəbərinə görə, bunadək 2632 reytinq əmsalına malik olan Nicat dünənki qələbədən sonra reytinqini 26.8 xal artırıb.
Bu nəticə ilə o, 31 pillə irəliləyərk 2678.8 reytinqlə 66-cı yerə yüksəlib.
Qeyd edək ki, Nicat Abbasov yarımfinalda dünya reytinqinin lideri olan norveçli beşqat dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
