“Neftçi” daha bir futbolçunun keçidini həll edib.
Prosport.Az Kipr mətbuatına istinadən xəbər verir ki, "Apollon"dan ayrılan Pedro Markes “ağ-qaralar”la müqavilənin şərtlərini razılaşdırıb.
Paytaxt təmsilçisi uzun müddətdir ki, portuqaliyalı hücumçu ilə danışıq aparır. Sadəcə, 28 yaşlı forvardın yüksək məvacib tələbi səbəbindən keçid baş tutmurdu. Yazılan xəbərdə tərəflərin artıq ortaq məxrəcə gəldiyi və Pedronun “Neftçi” forması geyinməyə razılıq verdiyi vurğulanıb.
Qeyd edək ki, ölkəsində “Eştoril”in yetirməsi olan Pedro Markes karyerası ərzində Niderland və Kiprdə legioner həyatı yaşayıb.

