Futbol üzrə dünya çempionatında İngiltərə millisi Qana ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb – 0:0.
İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələn avropalılar xallarını 4-ə çatdırıb. 1-ci matçda Panama seçməsini məğlub edən (1:0) Qana yığması da eyni xala malikdir.
Qeyd edək ki, bu qrupun digər matçında Bakı vaxtı ilə saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.

