"Qarabağ" Avstriyada keçirilən təlim-məşq toplanışına start verib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi "Tirol"la qarşılaşacaq (saat 19:00). Digər 2 qarşılaşma iyulun 1-də təşkil olunacaq.
Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da, Macarıstan "Ferensvaroş"u ilə qarşılaşma isə saat 20:00-da başlayacaq.

