"Atromitos"un hücumameyilli yarımmüdafiəçisi Makana Bakunun “Neftçi”yə keçidi alınmayıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Yunanıstan klubu ilə müqavilə müddəti bu ayın sonuna qədər olan almaniyalı vingerlə danışıqlar geridə qalıb.
İyulun 1-dən sərbəst futbolçu olacaq 28 yaşlı yarımmüdafiəçi ona təklif edilən müqavilə şərtləri ilə razılaşmayıb.
Almaniya, Polşa, Rusiya, Ukrayna Türkiyə və Polşa klublarının maraqlandığı Baku onlardan birinin dəvətini dəyərləndirmək fikrindədir.
Makana Baku ötən mövsüm 40 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə verib. Vaxtilə Almaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş vinger "Maynts"ın yetirməsidir.
O, karyerası ərzində yerli "Qonsenheym", "Sonnenhof" və "Holştayn Kil"in, həmçinin Polşada "Varta Poznan"la "Legiya"nın (Varşava") və Türkiyədə "Göztəpə"nin uğurları üçün tər töküb.

