Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
Prosport.Az xəbər verir ki, "Hyuston" stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qolları isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leao (87) vurublar.

