"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi "Torpedo" (Kutaisi) Gürcüstan çempionatının XIX turunda "Spaeri" ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Kutaisi təmsilçisi rəqibi ilə 0:0 hesablı heç-heçə edib. "Torpedo" hazırda 27 xalla 4-cü pillədədir.
Qeyd edək ki, "Zirə"nin "Torpedo" ilə görüşləri iyulun 8-də və 16-da keçiriləcək.

