"Şahdağ Qusar" yeni futbolçu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Vüqar Həsənovla müqavilə imzalayıb. Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Vüqar Həsənovun son klubu I Liqanın qalibi kimi Premyer Liqaya yüksələn “Şəfa” olub.

