“Barselona” klubu qapıçı İnyaki Penya ilə yollarını ayırıb.
Prosport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını Yunanıstanın “Panatinaikos” komandasında davam etdirəcək.
İnyaki Penya “Barselona”nın əsas komandasında ümumilikdə 45 rəsmi matçda forma geyinib. O, bu oyunlarda 64 qol buraxıb.
Qeyd edək ki, ispan qapıçı ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. Kataloniya təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

