FIFA DÇ-2026-nı işıqlandıran paraqvaylı jurnalist və şərhçi Xorxe Vera ilə bağlı sərt qərar qəbul edib.
Prosport.Az “ABC Color”a istinadən xəbər verir ki, FIFA Veranın akkreditasiyasını ləğv edib. Buna səbəb jurnalistin hakimlər və qurumun rəsmiləri haqqında dəfələrlə təhqiramiz ifadələr işlətməsi olub.
Bildirilib ki, Xorxe Vera xüsusilə DÇ-2026-nın D qrupunun II turunda keçirilən Paraqvay – Türkiyə görüşündən (1:0) sonra matçın salvadorlu baş hakim İvan Bartonun idarəçiliyini kəskin tənqid edib.
Qərara əsasən, jurnalist akkreditasiyadan məhrum edilməklə yanaşı, peşə fəaliyyəti çərçivəsində stadionlara giriş hüququnu da itirib.
Məlumata görə, Xorxe Vera sonradan səsləndirdiyi fikirlərlə bağlı FIFA-dan və həmkarlarından üzr istəyib.

