"Neftçi" hücumçu axtarışlarını davam etdirir.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"a bir neçə hücumçu təklif edilib.
Onlardan biri də Alexandro Markesdir. Venesuela milli komandasının hücumçusu olan 25 yaşlı futbolçu Azərbaycana gəlməyə hazır olduğunu menecerinə bildirib.
İspaniyanın U-19 yığmasının da üzvü olmuş Markesin “Eştoril”lə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
O, karyerası ərzində “Barselona” B, “Yuventus” U-23, “Mirandes” klublarında forma geyinib.

