“Zirə” daha bir transferini elan edib.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Da Silva Tavareş Vyeranı (Vierinya) heyətinə qatıb.
Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Vizeu”, “Espinyu”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos” (Nikosiya) klublarında çıxış edib.
16:37
“Zirə” yeni transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, "qartallar" Ayxan Hüseynovu heyətinə qatıb.
Yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib.

