Futbol üzrə dünya çempionatında Əlcəzair millisi İordaniyaya qalib gəlib.
Prosport.Az xəbər verir ki, I qrupunun II turunun matçı 2:1 hesabı ilə yekunlaşıb.
Hesabı 36-cı dəqiqədə debütant yığmanın üzvü Nizar Əl-Rəşdan açıb. Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiri 82-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı 2 cavabsız qolla üstələyib. İordaniya turnirlə erkən vidalaşıb.

