"Kəpəz"in yeni baş məşqçisi məlum olub.
Prosport.Az-ın xəbərinə görə, Azər Məmmədov yenidən bu komandaya baş məşqçi təyin edilib.
Onun köməkçilərindən biri Şahin Diniyevin oğlu, ötən mövsüm I Liqada "Baku Sportinq"də işləmiş Kərim Diniyev olacaq. Digər köməkçi vəzifəsində Etibar İbrahimov çalışacaq.
Qeyd edək ki, klub rəhbərliyi Arif Əsədovu baş məşqçi postuna gətirmək istəsə də, yerli azarkeşlərin "komandada ancaq gəncəlilər işləsin" tələbi keçidin baş tutmasına mane olub.
Xatırladaq ki, Azər Məmmədov 2023/24 mövsümünün əvvəlində "Kəpəz"ə baş məşqçi təyin olunsa da, uğursuz nəticələrdən sonra 2023-cü ilin noyabrın 5-də istefaya göndərilib.

