Futbol üzrə dünya çempionatında Argentina Avstriyaya qalib gəlib.
Prosport.Az xəbər verir ki, "Dallas" stadionunda keçirilən J qrupunun II tur matçında Cənubi Amerika təmsiçisi 2:0 hesablı qələbəyə sevinib.
Qolları yığmanın lideri və kapitani Lionel Messi vurub. O, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.
Bununla da Messi dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) qabaqlayıb.
Bu qələbə ilə xallarını 6-ya çatdıran Argentina millisi pley-offa vəsiqəni təmin edib.

