“İmişli” bombardir transferini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı hücumçu Seyxan Fərəcov ilə 2+1 illik müqavilə imzalayıb.
O, son olaraq MOİK-in şərəfini qoruyub və ötən mövsüm vurduğu 18 qolla I Liqanın bombardiri olub.
Bundan başqa, "İmişli" qapıçısı İmam Əli ilə müqavilənin müddətini uzadıb. Gənc qolkiperlə 2+1 illik yeni sözləşmə imzalanıb.

