UEFA Konfrans Liqasında yarışacaq "Zirə" bu gün növbəti transferini həyata keçirib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, "qartallar" Filipe da Silva Tavareş Vieyranı sıralarına qatıb.
Qıcasa adı Vyerinya olan portuqaliyalı artıq Azərbaycandadır. 29 yaşlı legioner hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edir. O, 2024-cü ildən formasını geyindiyi "Olimpiakos"da (Nikosiya) 58 oyuna 12 qol vurub.
"Feyrense"nin yetirməsi karyerası ərzində "Sanjoanense", "Salqeyruş", "Qondomar", "Akademiku de Vizeu" və "Beyra-Mar" kimi klubların uğurları üçün tər töküb.
Qəsəbə təmsilçisi ötən günlərdə 2 yeni oyunçu ilə güclənib. Müdafiəçi Amin Seydiyev "Sabah"dan, qapıçı Maykon Kleyton “Portimonense”dən (Portuqaliya) gəlib.

