UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.
Prosport.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Cavab oyunu isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur” stadionunda oynanılacaq. Matç yerli vaxtla saat 20:00-da başlayacaq. Bu, Bakı vaxtı ilə iyulun 17-də saat 00:00-a təsadüf edir.
Qeyd edək ki, cütün qalibi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinə yüksələcək.

