“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Prosport.Az legalbet.ru-ya istinadən xəbər verir ki, “köhlən atlar” Rusiyanın “Pari NN” klubunda çıxış edən Renaldo Sefas anlaşıb.
“Qarabağ”ın yamaykalı vinger üçün 1 milyon avro transfer haqqı ödəyəcəyi bildirilir.
Qeyd edək ki, 26 yaşlı futbolçu başa çatan mövsümdə Rusiya Premyer Liqasında 25 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

