Norveç millisi DÇ-2026 üçün ABŞ-a qeyri-adi yüklə yollanıb.
Prosport.Az xəbər verir ki, Skandinaviya təmsilçisi futbolçuların qidalanma rejimini qorumaq məqsədilə özü ilə 300 kiloqram balıq, 116 kiloqram Norveçin məşhur qəhvəyi pendiri və 6 min portağal aparıb.
Bildirilir ki, milli komandanın məşqçilər korpusu və dietoloqları mundial müddətində futbolçuların öyrəşdikləri qida rasionundan uzaq düşməməsini vacib hesab edirlər.
Norveç yığmasının nümayəndələrinin fikrincə, düzgün qidalanma uzunmüddətli turnirlərdə futbolçuların fiziki hazırlığı və bərpasında mühüm rol oynayır.
Məhz bu səbəbdən komanda ABŞ-da qalacağı müddətdə istifadə edəcəyi əsas qida məhsullarını özü ilə aparmağa üstünlük verib.

