"Karvan-Yevlax" daha 2 futbolçu ilə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, Şakil Sno və komandada icarə əsasında çıxış edən Emin Rüstəmovla müqavilə yenilənməyib.
Rüstəmov "Karvan-Yevlax"ın heyətində 16 oyun keçirib. 30 yaşlı niderlandlı futbolçu isə başa çatan mövsümdə 33 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Qeyd edək ki, "Karvan-Yevlax" Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya düşüb.

