Azərbaycan millisi FIFA reytinqində 2 pillə geriləyib.
Prosport.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv hazırda 1132.00 xalla 126-cı sırada qərarlaşıb.
Komanda bu ay yoldaşlıq oyununda Maltaya uduzub (0:2), San Marinoya isə qalib (2:1) gəlib.
Xatırladaq ki, reytinqdə son dünya çempionu Argentina seçməsi (1877.27) liderdir. İspaniya (1874.71) 2-ci, Fransa (1870.70) 3-cü yerdədir.

