"Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, braziliyalı yarımmüdafiəçi 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.

