Azərbaycanın veteran futbolçusu, “Neftçi”nin əfsanəvi hücumçusu Samir Ələkbərovun "Baku Sportinq"in sükanı arxasına keçməsi rəsmiləşib.
Prosport.Az xəbər verir ki, I Liqa təmsilçisi 57 yaşlı mütəxəssisin təyinatını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən "Baku Sportinq"dədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı.Samir Ələkbərov indiyə qədər "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" klublarında işləyib.

