“Zirə” 5 futbolçu ilə müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, "qartallar" Ərən Aydınla 3, Davit Volkovi, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə bağlayıb.
Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə müqaviləsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.
Qeyd edək ki, "Zirə"nin Ərən Aydınla müqaviləni yenilədiyini Prosport.Az yazmışdı.

