İyunun sonunda Polşanın “Yaqelloniya” klubu ilə müqavilə müddəti başa çatan Afimiko Pululunun yeni komandası bəlli olub.
Prosport.Az lodzkisport.pl saytına istinadən xəbər verir ki, anqolalı hücumçu Polşada qalacaq.
O, "Vidzev"lə anlaşıb. Bir neçə klubun diqqət mərkəzində olan 27 yaşlı futbolçu ilə "Neftçi" də yaxından maraqlanırdı. Amma onların mübarizəsindən bir neçə milyon avro xərcləməyə hazır olan Luç klubu qalib çıxıb. Pululu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmən “Vidzev”in oyunçusu olacaq.
Qeyd edək ki, Afimiko Pululu ötən mövsüm Ekstraklasada keçirdiyi 33 oyunda 15 qol vurub.

