Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni klubu bəlli olub.
Prosport.Az xəbər verir ki, mövsümün sonunda "Qarabağ"dan ayrılan futbolçu karyerasını Premyer Liqaya yeni yüksələn "Şəfa"da davam etdirəcək.
Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm "Qarabağ"ın heyətində 11 matça çıxıb, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

