Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycan güləşinin tanınmış simaları Lənkəranda - FOTOLAR
    10.06.2026 21:45:39

    Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Xatirə Parkında güləş festivalı keçirilib.

    Prosport.Az xəbər verir ki, güləşin təbliği və təşviqi, sağlam həyat tərzinin aşılanması, uşaqların və gənclərin idmana marağının artırılması məqsədilə təşkil olunan tədbirdə AGF-nin baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, AGF-nin vitse-prezidenti Namiq Abdullayev, yunan-Roma güləşi üzrə ikiqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu, milli komandanın məşqçisi Rövşən Bayramov, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, yunan-Roma güləşi üzrə dünya və Avropa mükafatçısı, U-15 milli komandasının böyük məşqçisi Taleh Məmmədov, sərbəst güləş üzrə Avropa çempionu, U-15 milli komandasının məşqçisi Əliabbas Rzazadə və digər rəsmi şəxslər iştirak ediblər.

    Festival çərçivəsində açıq havada qurulmuş güləş xalçasında cənub bölgəsinin yeniyetmə və gənc güləşçiləri üçün ustad dərsləri təşkil olunub. Tanınmış idmançılar və məşqçilər iştirakçılarla öz təcrübələrini bölüşərək müxtəlif fəndləri nümayiş etdiriblər.

    Tədbir iştirakçıları üçün maraqlı və əyləncəli proqram da hazırlanıb. Festival zamanı müxtəlif idman və əyləncə müsabiqələri keçirilib, "faceart" zonası fəaliyyət göstərib. Yerli sakinlər və gənc idmançılar məşhur güləşçilərlə görüşmək, onlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər.

    Maraqla qarşılanan festival güləşin daha geniş auditoriyaya tanıdılması, sağlam həyat tərzinin təbliği və regionlarda idman fəallığının artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilib.

    Qeyd edək ki, gələcəkdə ölkənin digər bölgələrində də analoji tədbirlərin təşkili nəzərdə tutulur.

    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Futbol

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56
    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33
    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved