"Neftçi"də Freddi Varqas müəmması davam edir.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, "ağ qaralar" müqavilə ilə "Makkabi"yə (Netanya) məxsus olan venesuelalı legionerin qalmasını israrla istəyir.
Bundan məlumatlı olan İsrail klubu yaxşı qazanc əldə etmək fikrinə düşüb. Mövsümün gedişində tərəflər arasında ilkin danışıqda maksimum 400-500 min manat təzminat haqqı nəzərdə tutulmuşdu. İndi isə Netanya təmsilçisi "Neftçi"dən 1-1.5 milyon manat arasında təzminat tələb edir.
Bu da Bakı klubunu ciddi-ciddi düşündürür.

