“Şamaxı” Emin Rüstəmovu heyətinə qatıb. Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə müqavilə bağlayıb. Azərbaycanın U-21 millisinin üzvü olan futbolçu ilə 2 illik müqavilə imzalanıb.