"Qarabağ" 2026/2027-ci illər mövsümünün hazırlıqlarına start verib.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun yeni transferləri də Bakıya gəlib və kollektivlə məşqlərə qoşulub.
Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Qarabağ" iyunun 22-nə qədər Bakıda hazırlaşacaq və daha sonra Avstriyaya yollanacaq.

